Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ləman Ələşrəfqızı: 

Etibar Məmmədov - 70

Etibar Məmmədovla müsahibələrim çox olub. Onun deputat fəaliyyətini parlament müxbiri kimi yaxından izləmişəm. O vaxtlar parlamentin dadı-duzu həm də bu adamlara görə idi. Məsələn, mənim ən yaxşı yazılarımdan biri qrant haqqında qanunla bağlı idi ki, o qanunu AMİP hazırlamışdı. Qranta "su krantı" deyən deputat xanım Etibar Məmmədovun gözü qarşısında saçıma əl atmışdı. Mikayıl Mirzənin üstümə hücum çəkməsi də Etibar Məmmədovu müsahibə üçün foyedə gözlədiyim zaman baş vermişdi...

Bu gün Etibar Məmmədovun 70 yaşı tamam oldu. Üzrlü səbəbdən iştirak edə bilmədim. Təbrik edirəm. Azərbaycanın müstəqillik qazanmasında verdiyi əməyə görə. İxtisası onu ən yaxşı halda tarix müəllimi edəcəkdi, proseslər və bu proseslərdə canla-başla iştirakı onu tarixin bir parçası etdi.

Allah uzun ömür, can sağlığı versin. Bütöv Azərbaycanı görmək nəsibi olsun. Amin.

* * *

Физули Джавадзаде

Ləman xanım,bu təbrik sizə lazım idimi?!Bəlkə suçunuz var bu”millət fədaisi”nin qarşısında.

Sizin LAYF TV-ni innən belə kayf tv kimi qəbul edəcəyəm.Bəlkə ondan imtiyazlı mənzil almaq keçir könlünüzdən?

 

Mustafa Hajibeyli

Etibar Məmmədov Surət Hüseynovla və Rəhim Qazıyevlə birləşərək 4 iyun qiyamını etməsəydi, Elçibəy hakimiyyətinin devrilməsinə bais olmasaydı, indi Azərbaycan ən azı Litva kimi bir dövlət olacaqdı. Gənclərimiz dolanmaq üçün xaricə, o cümlədən Litvaya gedir. Bunun məsuliyyətini daşıyanlardan biridir. O qiyamı etməsə, hansısa dönəmdə özü də seçki yolu ilə hakimiyyətə gələcəkdi. Amma Azərbaycanın tarixini, bizim hər birimizin taleyini pisə doğru dəyişdilər.

Bu gün, dediyiniz kimi, nəinki jurnalistikanın dadı qaçıb, onlarla jurnalist həbsdədir, bunun təməli 4 iyunda qoyulub, buna görə də məsuliyyət daşıyanlardan biridir.

 

Leman Eleşrefqızı

Vallah, adamı peşiman edərsiz e. Nə qədər nifrətə köklənmisiz??? Siz nə etmisiz bu millət üçün? Ayıbdır. Bildiklərinizi-bilmədiklərinizi mənim təbrikimin altında yazmayın. Gedin, öz səhifənizdən döşəyin. Mən burda bir paylaşım edib gedirəm, boş vaxtım yoxdur çənə-boğaz etməyə, ya da təhqir silməyə. Adamın yubileyidir, belə münasibət ayıbdır.

 

Nofəl Qasımov

Ata-babadan balaca boylu insana deyərmişlər,yarısı yerin altındadı.

Allah ata-babalarımıza qəni-qəni rəhmət eləsin

 

Velili Beytulla

Etibarlı gələcək Etibarla gələcək,zırt gəldi. Azərbaycan tarixinin üz qaraları

 

Veten Aşiqi

Ləman xanım, Mikayıl Mirzeye hörmetim var idi o vaxtlar.Onu azadlıqsever biri kimi tanıyırdım.Onun haqqında sizden xoşagelmez hadiseni eşitdikden sonra fikrim deyisdi.Yaxşi ki , tez rehmete getdi. Yasasaydi daha çox çirkaba batacaqdı .Allah rehmet elesin

 

OdƏr EyOd

Sizə ELÇİBƏY hakimiyyəti dövründən yaxından tanıyıram. Böyük hörmətim vardı. Amma indilərdə gah Misir Mərdanovu, gah etibarı təbrik edib sosial şəbəkə iştirakçılarına yumşaq desək qəhrəman kimi soxuşdurmağınız 90 cı illərdə qazandığınız Leman Eleşrefqızı adını zədələyirsiniz. etibar ELÇİBƏY hakimiyyətindən çıxmış ən satqın adamdır və 93 il hakimiyyətinin devrilməsində iştirak edən ən aktiv "siyasətçi" dir.

 

Velili Beytulla

4 İyun qiyamın dan artıq 31 il keçib,hələ məlum deyil,o zaman qiyam niyə yatrılmadı.Nə işdirsə o zaman hakimiyyətdə, hazırda isə müxalifət partiyalarında yüksək vəzifələrdə təyin olunanlar bu barədə danışmaq istəmirlər. Danışanda da əsasən xalqı günahlandırırlar ki bəs o zaman xalq milli hakimiyəti müdafiə etmədi. Sual ortaya çıxır, həqiqətənmi baş verənlərə görə xalq günahkardır? Bu suala cavab vermək üçün, sonradan başa verən hadisələri aydınlaşdırmaq lazımdır. Elçibəy prezident seçkilərindən sonra o zaman MM sədri İsa Qəmbər Müsavat partiyasını bərpa etdi ( Elçibəyin xeyir duası ilə) .İlk sual nədən Elçibəy özü Müsavat partiyası başqanı olmadı? Nədən AXC hakimiyyəti demokratik parlament seçkiləri keçirməyə cəhd belə etmədilər, nədən Dtk arxivlərini açmağa cəsarət etmədilər? Nədən prezident Elçibəy ölkəni idarə edə bilmədiyi üçün istefa vermək əvəzinə, prezidentlik müddətinin sonuna qədər öz doğma kəndində qaldı və beləliklə H.Əliyevin ölkə başçısı olması üçün mümkün olan hər şeyi etdi? Mən bilən o zaman Elçibəy istefa etmiş olsaydı mövcud qanunvericiliyə görə H.Əliyev prezident seçkilərində iştirak edə bilməzdi ( yaş senzinə görə). Nəhayət 1995 ci ildə Elçibəy və tərəfdarları AXCP partiyasını təsis edirlər, nədən Müsavat partiyasını daha da gücləndirmək əvəzinə yeni partiya yaratdılar?,Bəlkə Elçibəy və tərəfdarları Müsavat partiyasına sığışa bilmirdilər? Nəticədə xalqın vahid gücü Axc sanballı iki Partiyaya parçalanmış oldu ki burda gələcəkdə bütün baş verənlərə öz mənfi təsirini göstərəcəkdi. Belə ki 1998 də prezident seçkisi keçirilən zaman Axcp və Müsavat partiyaları kənarda qaldılar,mən bilən razılığa gələ bilmədikləri üçün. Bundan istifadə edən , Elçibəy hakimiyyətin devrilməsində əhəmiyyətli rolu olan Amip-in namizədi Etibar Məmmədov seçkiyə qatılmaqla kifayət qədər öz reytinqini artırmış olur. Növbəti prezident seçkisinə qədər Müxalifətin parçalanması davam edir,ən mühümü Elçibəyin vəfatından sonra olur ,belə ki Onun yaratdığı partiya iki yerə parçalanır; AXCP və KXCP hansı ki bu günədək hər ikisi özünü gerçək müxalifət partiyaları h.esab edirlər.( Bu mümkünmü,niyə gerçək olan saxtanı tamamilə ifşa etmir?) 2003 prezident seçkisi ; Əsas namizədlər - İsa Qəmbər və İlham Əliyev, yəqin ki o zaman əksəriyyət İlham Əliyevin prezident seçiləcəyinə inanmazdı .Belə vəziyyətdə Amip sədri Etibar Məmmədov da meydana atılır və İsa Qəmbər, Əli Kərimli,Rəsul Quliyev və Etibar Məmmədov aralarında gərgin danışıqlar aparılır . Burda ən maraqlı məqam odur ki İsa Qəmbər və Əli Kərimli Elçibəy hakimiyyətində bir yerdə olublar, Etibar Məmmədov və Rəsul Quliyev isə Elçibəy hakimiyyətin devrilməsində əhəmiyyətli rol oynayıblar. Bu zaman İlham Əliyevin prezident olması üçün lazım olan hər şey edilir; beləki heç bir şansı olmayan Etibar Məmmədov seçkiyə qatılır,Rəsul Quliyev İsa Qəmbərin ,Əli Kərimli isə Etibar Məmmədovun yanında olurlar . Nəticədə hamının gözlədiyi kimi İsa Qəmbər xalqın əksəriyyətinin səsini alsada, prezident İlham Əliyev olur və beləliklə xalqımıza elə bir zərbə vurulur ki, o gündən bu günə qədər xalq mövcud hakimiyyətə nifrət etsə də müxalifətə inana bilmir.

2003 də olduğu kimi hazırda da Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimlidir,nə işdirsə meydana yeni liderlər çıxa bilmir, yalnız ADR PARTİYASI nı yaratmış Qubad İbadoğlu istisnadır, hakimiyyət AXCP və Müsavatı qeydə alır , ADR PARTİYASI nı isə qeydə almır,bu azmış kimi Qubad İbadoğlunu ağlagəlməz böhtanlarla şərləyib həbsə atırlar.( Dünya şöhrətli alim saxta dollar kəsirmiş ).

Nəhayət Azərbaycanın bu günkü vəziyyətinə baxaraq, AXC nın yaranmasının, Müsavat partiyasının bərpasının, AXCP nin təsis olunmasının xalqımıza hansı xeyirləri ( ziyanları) olub sualına cavab vermək lazım gələcək.

Mən özümü elə də savadlı hesab etmirəm, müəyən yanlışlara yol verə bilərəm,belə bir şeyi hiss edənlər səhvləri düzəltsələr minnətdar olaram.

 

Sakit Sabiroglu

Ürəyi bu millət, bu vətən üçün yananların da səhvi olmamış deyil, kimisi bilərəkdən, kimisi can, mal qorxusundan, kimi də bilmədən. Arzu edərdim ki, Etibar bəy də bilmədən edənlərdən olsun. Hər halü-karda O da bizim müstəqillik tariximizin bir parçasıdı, ozü də özəllərindən!

Mən də təbrik edirəm!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.