Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan kuboku: “Sabah” səfərdə “Neftçi”ni məğlub edib

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.

Oyun “Neftçi Arena” stadionunda baş tutub. 11-ci dəqiqədə Azər Salahlı topu öz qapısına göndərərək, “bayquşlar”ı önə keçirib. On dəqiqə sonra Yuri Matias status-kvonu bərpa etsə də, 52-ci dəqiqədə Pavol Şafranko yekun hesabı qoyub.

Günün ilk oyununda “Araz-Naxçıvan” doğma meydanda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 23-də baş tutacaq.