Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ordu" səfərdə "Quba"nı üstələyib 

Kişi basketbol klublarının mubarizə apardığı ABL-in müntəzəm çempionatında 20-ci turun oyunları keçirilir. Dünən tur çərçivəsində çempionatın B qrupunda yer alan "Quba" klubu doğma divalar arasında 'Ordu"nu qəbul edib. Quba OİK-də baş tutan oyunda hərbçilər qailb gəliblər - 88:97 (17:20, 22:29, 24:26, 25:22). Matçın ən yaxşı oyunçusu adına isə 27 xalla yadda qalan Cayler Tomas ("Ordu") layiq görülüb. 

Turun bir gün öncə keçirilən ilk oyununda isə B qrupuna şəriksiz liderlik edən "Şəki" klubu Lənkəranda yerli "Lənkəran" üzərində inamlı qələbə qazanıb - 78:107.

Aprelin 4-də hesabat turu "Sərhədçi" - NTD (Bakı İdman Sarayı, saat 19:00) və "Abşeron"- "Neftçi" (Xırdalan, Abşeron OİK, saat 19:00) oyunu ilə davam edəcək.

Aprelin 6-da isə formal xarakter daşıyan "Sabah" - "Naxçıvan" (Bakı İdman Sarayı, saat 12:30) oyunu və "Gəncə" - "Sumqayıt" (Gəncə OİK, saat 14:00) qarşılaşması ilə hesabat turuna yekun vurulacaq.

20-ci turdan sonra A və B qrupunda ilk 4 yeri tutan klublar çempionatda mübarizəni pley-offun 1/8 final mərhələsindən davam etdirəcəklər. 

İNTİQAM Məmmədov