Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Olimpiya çempionları Avropa çempionatına gedəcəklər 

Aprelin 23-dən 27-dək Montoneqronun paytaxtı Podqoritsa şəhərində kişi və qadın cüdoçular arasında növbəti Avropa çempionatı keçiriləcək. Çempionatın startina hələ üç həftə qalmasına baxmayaraq artıq Azərbaycan komandasının heyəti müəyyənləşib. ACF-dən verilən məlumata görə, ölkəmiz bu çempionatda 9-u kişi və 7-si qadın olmaqla 16 tatami ustası ilə təmsil olunacaq. Ən maraqlısı odur ki, Avro-2025-ə gedəcək heyətdə Olimpiya çempionları - Hidayət Heydərov (73 kq) və Zelim Kotsayev (100 kq) də yer alıb.

Yeri gəlmişkən, başməşqçi Riçard Tarutman, böyük məşqçi Elçin İsmayılov, Robert Kravcuk və Slavko Tekicin rəhbərlik etdiyi kişi yığmamızın heyətinə Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tckayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Zelim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) cəlb edilib.

Baş məşqçi Amina Abdullatif və məşqçi Saşa Herkenratin rəhbərliyi altında AÇ-yə qatılacaq qadın komandamızın heyətində isə Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva ( hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Günel Həsənli, Südabə Aqayeva ( hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq) yer alıb.

Qeyd edək ki, cüdo tarixində ilk dəfə olaraq qarışıq komanda yarışı keçiriləcək.

İNTİQAM Məmmədov