Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi boksçuların birgə TMT davam edir 

Kişi boksçulardan ibarət Azərbaycan yığması Göygöl toplantısının ardından hazırlıq prosesini ( təlim-məşq toplanışı - TMT) Bakı Boks Mərkəzində davam etdirir. Aprelin 1-də Özbəkistanlı mütəxəssis Ravşan Xocayevin rəhbərliyi altında başlanan TMT-yə Özbəkistan, Qazaxıstan və Gürcüstan komandası da qatılıb. Qarşıdakı "İpək yolu" turnirinə və eləcə də dünya çempionatına hazırlıq xarakteri daşıyan bu toplanışa aprelin 10-da yekun vurulacaq. 

Qeyd edək ki, 10 günlük TMT-də əsasən boksçuların texniki -taktiki hazırlığına üstünlük veriləcək.

İNTİQAM Məmmədov