Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

David İşxanyan: Birinci Qarabağ müharibəsi zamanı batalyon komandiri kimi Melkonyana tabe idim

Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam edən prosesdə təqsirləndirilən David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı batalyon komandiri kimi Monte Melkonyana tabe olub.

O, Ağdərə, Xocavənd, Kəlbəcər və Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.

"Xocavənddə 8 batalyon var idi və onlardan birinə mən komandirlik etdim. Onların hamısı Monte Melkonyanın rəhbərlik etdiyi rayonun "müdafiə xətti”nə tabe idi. Ordu”nun komandiri Samvel Babayan idi”.

Xatırladaq ki, sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və qaydalarının pozulması, habelə terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyəti zorakılıqla ələ keçirmə və saxlama və bir çox başqa cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi davam edir.