"Park Cinema Flame Towers"də "4 təkər" filminin təqdimatı oldu
"Park Cinema Flame Towers" də ("Alov qüllələri") rejissor, aktyor Amil Əlioğlunun "4 təkər" filminin təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, kinoşunaslar, rəsmi nümayəndələr, media və məhşur simalar iştrak ediblər. Açılış zamanı izləyicilər filmin yaradıcı və aktyor heyəti ilə tanış olublar. Daha sonra, ekran işi filmsevərlərə təqdim olunub.
Filmin quruluşçu rejissoru və baş prodüseri Amil Əlioğlu, ssenari müəllifləri Məcid Hüseynov və Tərlan Nur Yaşar, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elnarə Səfəroğlu, montaj rejissoru Firdovsi A. Nəbiyev, bəstəkarı isə Behzad Məlikzadədir.