Dünyanın “ən güclü” pasportlarının yeni reytinqi: Azərbaycan hansı yerdədir?
2025-ci il üçün Nomad Pasport İndeksi açıqlanıb.
Reytinq 199 ölkənin pasportlarını beş əsas meyar əsasında qiymətləndirir: gediş-gəlişin asanlığı, vergi siyasəti, qlobal tanınma, ikili vətəndaşlıq əldə etmək imkanı və şəxsi azadlıqlar.
Hər il dərc edilən siyahı dünyada insanlara yaşamaq, işləmək və oynamaq imkanı verən ölkələri müəyyənləşdirir.
İrlandiya 2025-ci ildə ilk dəfə yüksək mövqeyə yüksəlib. Ölkə beynəlxalq reputasiyası, bizneslər üçün əlverişli vergi siyasəti və vətəndaşlıq məsələlərində çevikliyi sayəsində üstünlük qazanıb. Siyahının ilk beşliyinə daxil olan digər ölkələr isə İsveçrə, Yunanıstan, Portuqaliya və Malta olub. 2023-cü ildə lider olan BƏƏ yeni vergi siyasətlərinə görə onuncu yerə düşüb.
Siyahıda ən zəif pasportlara malik ölkələr Pakistan, İraq, Eritreya, Yəmən və Əfqanıstandır.
Azərbaycan Lesoto, Filippin və Belarusla birlikdə 125-ci yerdədir.
Bu reytinq dünya üzrə pasport sahiblərinin sərbəst hərəkəti və müxtəlif ölkələrdə yaşamaq və işləmək imkanlarını qiymətləndirir.