Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanı Serbiyada təmsil edəcək şahmatçılar müəyyənləşib

Serbiyada keçiriləcək İSF U-15 Gimnaziya İdman Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib.

Paşam Əlizadə və Məryəm Ağaverdiyeva sürətli və blits yarışlarında mübarizə aparacaqlar. Şahmatçılar məşqçi Nicat Məmmədovun rəhbərliyi altında səfərə çıxacaqlar.

Qeyd edək ki, aprelin 4-dən 14-dək keçiriləcək Gimnaziyada aprelin 6-dan 8-dək sürətli yarışlar, 10-da isə blits oyunları keçiriləcək.