Firuz Mustafa:
İdrak. Duyğu. Sevgi.
Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer ölkəmizə rəsmi səfərə gəlib.
Almaniya ilə Azərbaycanın mədəni və iqtisadi əlaqələrinin tarixi qədimdir. Təkcə onu deyim ki, 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikib, dəmiryolu çəkib, elektrik və telefon quraşdırıb. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Hətta mənim babalarımın almanlar arasında dost-tanışları da olub.
Mən uzun illər alman klassik fəlsəfəsindən tələbə, doktorant və aspirantlara mühazirələr demişəm. O cümlədən, bu “filosof xalqın” (bizə isə “şair xalq” deyirlər) klassk və qeyri-klassik filosofları haqqında onlarla məqalə yazmışam.
Almanlar çox ağıllı xalqdır, dünyaya Hegel, Kant, Marks, Fixte, Yaspers... kimi mütəfəkkirlər bəxş edib. Mən həmişə düşünmüşəm ki, bu xalq təkcə ağıllı olmaqla, idraka söykənməklə kifayətlənməyib, həm də böyük hiss və duyğularla yaşayıb. Belə ki, musiqi tarixinin korifeylərindən Bax, Motsart, Brams, Bethoven, Mendelson, Vaqner ... kimi bəstəkarların adını çəkmək kifayətdir ki, almanların necə duyğusal olduğunu dərk edəsən... Amma nə edəsən ki, hələlik ağlın və duyğunun ölçü vahidi yoxdur və elə bu səbəbdən də bütün adamlar kimi bütün xalqlar özünü bu sahədə birinci hesab edir.
...Hə, dedim axı, Almaniyanın Prezidenti Ştaynmayer ölkəmizə gəlib. Onun xanımı Elke Büdenbender ölkənin nüfuzlu hakimlərindəndir.
Zəruri qeyd:
Bir neçə il öncə əməliyyat edib xanım Büdenbenderin böyrəyini götürüblər. Onun donoru elə öz həyat yoldaşı Prezident Frank-Valter Ştaynmayer olub. Yəni bir az da xırdalasaq deyə bilərik ki, ərin böyrəyini arvada köçürüblər.
Halbuki belə yüksək ranqlı bir şəxs, başqa ünvanda da donor tapa bilərdi.
Bu da alman sevgisinə aid bir misal.
* * *
Murshud Qadir
Amma indi almanlarda da kütləşmə gedir. Yaşlı nəsil deyir: "Amerika evimizi yıxdı"
Elibeyli Besti
Misilsiz bir fədakarlıq və gerçək bir SEVGİ!!!
Bu qiymətli məlumat üçün siz də sağ olun, Firuz müəllim.
Xanım Malikova
Belə vəfalı insan olduğuna görə prezidentin hərəkətləri mənim üçün 1 örnək oldu .Firuz müəllim , çox sağ olun .
Чингиз Гарибли
Sağ olun,Ustad! Amma bir şeyi unutmayaq ki,almanlar Gədəbəydən təkcə mis yox külli miqdarda qızıl aparıblar.
Məmmədxan Əzizxanlı
Cingiz Musayev Ağılsız,yiyəsiz xalqdan çırpışdırmaq *halaldır*...
Məmmədxan Əzizxanlı
Üzlərindən xoşbəxtlik yağır.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.