Liderlə onun ən yaxın təqibçisi qarşılaşacaq
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 18-ci olan növbəti tura start veriləcək. Qeyd edək ki, turu. İki oyunu bu gün, bir oyunu isə sabah keçiriləcək. Tura bu gün yarış cədvəlinə vahid liderlik edən "Abşeron"la onun ən yaxın təqibçisi olan "Milli Aviasiya Akademiyası" klubunun qarşılaşması ilə start veriləcək. Oyun saat 16:00-da Bakı Voleybol Mərkəzində başlayacaq. Bunun ardından həmin məkanda "Azərreyl"- UNEC üzləşəcək (18:00). Hər iki oyun CBC Spirt kanalı ilə canlı yayımlanacaq.
Hesabat turuna aprelin 5-də baş tutacaq "Gəncə"-"Murov Az Terminal" oyunu ilə yekun vurulacaq. Oyun Gəncədəki OİK-də keçiriləcək (14:00).
Komandaların hazırkı turnir cədvəli belədir:
Abşeron - 43 xal, MAA -39, Azərreyl - 29, Gəncə - 24, Murov Az Terminal - 18, UNEC -0
İNTİQAM Məmmədov