Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimizin üzvü Yelizaveta Ruban Rumıniya Kubokunun qalibi olub

Azərbaycanın qadın voleybol yığmasının üzvü, hazırda Rumıniyada legioner həyatı yaşayan Yelizaveta Ruban daha bir uğura imza atıb. Söhbət hazırda onun formasını geyindiyi "Alba" klubunun Rumıniya Kubokunun qalibi olmasından gedir. "Alba" həlledici final matçında ötən ilin çempionu olan "Voluntar" klubunu üstələyib -3:1. 

Xatırladaq ki, "Alba" klubu bundan öncə isə CEV Kubokunda ikinci yeri tutub.

Yelizavetanı qarşıda daha bir sınaq gözləyir. Onun "Alba" klubu Rumıniya çempionatının finalına yüksəlib.

Bir məqamı da qeyd edək ki, "Alba"nin heyətində Rubanla yanaşı, millimizin digər oyunçusu - Olena Xarcenko da forma geyinir.

İNTİQAM Məmmədov