Andrey Melnikov Rumıniya Kubokunun qalibidir
Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü, hazırda Rumıniyanın "Korona" voleybol klubunda forma geyinən Andrey Melnikov bu ölkədə ilkə imza atıb. Belə ki, onun şərəfini qoruduğu "Korona" klubu ölkə kubokunun final matçında "Munisipal Zalei" klubunu üstələyib - 3:1.
Andreyin komandasını qarşıda daha bir məsul oyun gözləyir. "Korona" çempionluq uğrunda final matçında "Dinamo" ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov