İspaniya Kral Kubokunun finalında "Barselona" və "Real Madrid" qarşılaşacaq
“Real Madrid” və “Barselona” futbol üzrə İspaniya kubokunun finalçısı olublar.
Yarımfinalda Karlo Ançelottinin komandası “Sosyedad”ı (1:0, 4:4), Hansi Flikin yetirmələri isə “Atletiko”ya (4:4, 1:0) qalib gəlib.
Onlar aprelin 26-da turnirin həlledici oyununda üz-üzə gələcəklər. Oyun "La Cartuja" stadionunda baş tutacaq.
"Barselona" və "Real Madrid" bu mövsüm iki dəfə qarşılaşıb. İspaniya çempionatında "blauqrana" 4:0, Superkubokun finalında isə 5:2 hesabı ilə qalib gəlib.