Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda 20 kq marixuana ilə narkokuryer saxlanılıb

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizəni fasiləsiz davam etdirir.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, daxil olan məlumat əsasında paytaxtda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov saxlanılıb. Onun üzərində 20 kq marixuana aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaq tərəfindən müəyyən edilən İran vətəndaşı vasitəsilə İmişli rayonu ərazisində aldığını və maddi mənfəət əldə etmək məqsədilə müxtəlif ünvanlara çatdırmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

R.Nəsirov barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Bu arada saxlanılan şəxsin aid olduğu narkotik şəbəkəsinin digər üzvlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.