Alonso futbolçularını "Real"a gətirmək istəyir
"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin klubdakı gələcəyi komandanın bu mövsüm qazanacağı kuboklardan asılı olacaq. Eyni zamanda, “qaymaqlılar” artıq Ançelottini əvəzləməyə hazır olan “Bayer”ə başçılıq edən Xabi Alonso ilə də əlaqə saxlayıb.
Alonso “Real”a baş məşqçi təyin olunarsa, o, ilk növbədə “Bayer”dən tanıdığı futbolçuları kluba gətirmək istərdi. Bununla belə, Kral Klubu nəinki meydançada fayda gətirə biləcək, həm də “iqtisadi cəhətdən faydalı” olan oyunçularla müqavilə imzalamağa hazır olduğunu bildirdi.
Ançelottinin 2026-cı ildə müqaviləsi bitənə qədər "Real Madrid"də işləməyə davam etsə, Alonsonun "Bayer"in sükanı arxasında qalmaqla bağlı heç bir probleminin olmayacağı vurğulanır.