Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan incəsənət ustaları ilk dəfə olaraq Özbəkistan ali məktəblərinin tələbələri üçün ustad dərsləri keçiriblər

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, habelə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu ilə razılaşma əsasında Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə, Azərbaycan Respublikasının Əməkdar artistləri Sahib Paşazadə və Xəyyam Məmmədov tərəfindən İnstitutlarının tələbələrinə mühazirələr oxuyub və ustad dərsləri keçiblər.
Mühazirədən əvvəl azərbaycanlı artistlər fakültələrdə tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüb, müzakirə və fikir mübadiləsi həyata keçiriblər. 
Zabit Nəbizadə və Xəyyam Məmmədov mənəvi zənginliyin, təhsilin və tərbiyənin artırılmasında Azərbaycan milli muğam sənətinin və özbək milli makom sənətinin əhəmiyyətindən danışıblar. Azərbaycan muğamları, xalq mahnıları, təsnifləri haqqında geniş məlumat verərək onların ifa üslubu, muğamda qəzəl seçimi, xüsusiyyətlərini  tamaşaçılara izah ediblər. Ustad dərsləri çərçivəsində muğamlarımız ifa olundu, dəstgah anlayışı, şöbələrin ardıcıllığı ustalıqla dinləyicilərə çatdırılıb.
Sahib Paşazadə yeddi əsas Azərbaycan muğamlarının rast, şur, segah, cahargah, bayati-şiraz, humayun və şüştərin xarakter, ifa xüsusiyyətləri, başqa ölkələrin muğamlarında fərqli cəhətlərini çox peşəkar səviyyədə professor və tələbə heyətinə geniş izahlı şəkildə məlumat verdi. Bundan başqa tar ifaçılığında Azərbaycan bəstəkarlarının əsərlərinin interpretasiyası üslubu, alətin texniki və bədii imkanları haqqında geniş məlumat verərək bir neçə Azərbaycan bəstəkarının əsərlərini ifa etdi. Hər ifadan sonra isə əsərin ifa traktovkası, dinləyicilərə catdırılmasını da izah edilib.
Qeyd edək ki, bir neçə gün davam edən ustad dərslərdə Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndələri, müəllimlər, tələbələr və jurnalistlər iştirak edib.

 

RUS:

Впервые азербайджанские мастера искусств провели мастер-классы для студентов высших учебных заведений Узбекистана
 

На основе соглашения Азербайджанского Культурного Центра имени Гейдара Алиева при посольстве Азербайджана в Узбекистане c Узбекским государственным институтом искусств и культуры, а также с Узбекским национальным институтом музыкального искусства имени Юнуса Раджаби, по инициативе и организации Культурного Центра, при поддержке Международного центра мугама в рамках проекта по включению тем, связанных с азербайджанской культурой, искусством, литературой и историей в учебные программы высших учебных заведений Узбекистана, народный артист Азербайджанской Республики Забит Набизаде, заслуженные артисты Азербайджанской Республики Сахиб Пашазаде и Хайям Маммадов прочитали лекции и провели мастер-классы для студентов институтов.
До лекций азербайджанские артисты ознакомились с организацией преподавания на факультетах, встретились с профессорско-преподавательским составом, провели дискуссии и обмен мнениями.
Забит Набизаде и Хайям Маммадов говорили о значении азербайджанского национального искусства мугама и узбекского национального искусства макома в повышении духовного богатства, образования и воспитания. Они предоставили обширную информацию об азербайджанских мугамах, народных песнях и таснифах, объяснив слушателям свой стиль исполнения, выбор газелей в мугаме и их особенности. Было исполнено несколько ритмичных мугамов, и концепция дастгяха и последовательность разделов были мастерски донесены до слушателей. 
Сахиб Пашазаде предоставил профессорам и студентам обширную и профессиональную информацию об особенностях исполнения семи основных азербайджанских мугамов: раст, шур, сегях, джахаргях, баяты-шираз, хумаюн и шуштер, а также об их отличиях от мугамов других стран. Кроме того, он исполнил произведения ряда азербайджанских композиторов, предоставив обширную информацию о стиле интерпретации произведений азербайджанских композиторов в исполнении на таре, а также о технических и художественных возможностях инструмента.
Стоит отметить, что в мастер-классах, которые длились несколько дней, приняли участие представители Министерства культуры Узбекистана, преподаватели, студенты, журналисты.