BDU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Qayıdış” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin doqquzuncu ildönümü qeyd olunub.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq keçirilmiş hərbi əməliyyat zamanı qazanılmış qələbə, Zəfər tariximizin başlanğıcı olan Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Uğurlu əməliyyatlar nəticəsində Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti və dövlət suverenliyini tam bərpa etdi.
Tədbirin moderatoru, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Aprel döyüşlərinin Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın birliyinin təntənəsinə çevrildiyini deyib. O, BDU-nun məzunu olan tələbələrin də ərazi bütövlüyümüz uğrunda əməliyyatlarda yaxından iştirak etdiyini bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində BDU-nun 22 məzunu qəhrəmancasına şəhid olub.
Milli Məclisin üzvü Ülviyyə Həmzəyeva Aprel döyüşlərində qazanılan qələbənin Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması nəticəsində gerçəkləşdiyini bildirib.
“Vətən fədailəri” layihəsinin rəhbəri, yazıçı-jurnalist Manya Səxavətqızı, layihənin iştirakçısı Şahin Məmmədov Azərbaycanın qəhrəman oğulları, şəhidləri haqqında ərsəyə gətirdikləri kitablar barədə məlumat verib, onları tələbələrə təqdim ediblər.
“Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və tarixi gerçəkliklərin tanıdılması baxımından belə tədbirlərin daimi keçiriləcəyini deyib.
Tədbirin sonunda viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
RUS:
В БГУ отметили годовщину Апрельских боев
В Бакинском государственном университете (БГУ) отметили девятую годовщину Апрельских боев.
Проректор БГУ Шахин Панахов отметил, что победа, одержанная в апреле 2016 года, является началом истории нашей Победы, Апрельские бои продемонстрировали всему миру мощь нашей армии и непобедимый дух нашего народа. В результате успешных операций высоты в направлении селения Талыш были очищены от оккупантов. Для защиты города Горадиз от вражеских угроз была освобождена высота Лелетепе. Дороги в направлении Агдере-Суговушан оказались под нашим контролем. «Отечественной войной 2020 года и антитеррористической операцией 2023 года Азербайджан полностью восстановил свою территориальную целостность, историческую справедливость и государственный суверенитет», - подытожил проректор вуза.
Модератор мероприятия, заведующий отделом гуманитарных вопросов и молодежной политики БГУ Рамин Самедов отметил, что Апрельские бои являются триумфом мощи и силы Азербайджанского государства и его армии, единства народа. Он сообщил, что выпускники вуза также принимали участие в операциях по защите территориальной целостности страны - 22 выпускника героически погибли в 44-дневной Отечественной войне.
Депутат Милли Меджлиса Ульвия Гамзаева заявила, что победа в Апрельских боях была достигнута в результате искусной дипломатии, успешной политики, лидерских качеств Президента Ильхама Алиева, а также высокого уровня профессионализма, морально-психологической подготовки, боевого духа и патриотизма солдат и офицеров Вооруженных сил Азербайджана.
На мероприятии также выступили руководитель проекта «Vətən fədailəri», писательница-журналистка Маня Сехаветгызы, участник проекта Шахин Мамедов и председатель Общественного объединения «Возвращение» Хасиль Тагиев.
В конце мероприятия проведена викторина, победителям которой были вручены призы.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)