Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU tələbələri tütün məhsullarının zərərli təsiri barədə məlumatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Zərərli vərdişlərlə birgə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

TGT-nin Biologiya fakültəsi üzrə sədri Nigar Hüseynova tütün məmulatlarının insan sağlamlığına vurduğu zərərlərdən danışıb. Bu zərərli vərdişə aludə olanlar arasında yeniyetmə və gənclərin üstünlük təşkil etdiyini deyən fakültə sədri bildirib ki, tütünün zərərli təsiri illər sonra, nikotinin kumulyativ effekti özünü göstərdikdə hiss edilir. Araşdırmalara görə, 30 yaşadək siqaretdən uzaqlaşanların ömürləri təxminən 10 il uzanır. Tütün məmulatlarından asılılıq tibbi-sosial problemdir. Bunun üçün həm tibbi, həm də sosial tədbirlər görülməlidir. Siqaretdən istifadəyə qarşı mübarizə üçün sağlam həyat tərzi təbliğ edilməlidir. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə tütün məmulatlarının zərərindən bəhs edən videoçarxlar nümayiş olunmalıdır. Valideynlər öz övladlarına onun zərərlərini başa salmalıdırlar. Tütünə qarşı mübarizədə xüsusilə səhiyyə orqanlarının üzərinə böyük vəzifə düşür. Hazırda tütün məmulatları ilə mübarizə mərkəzləri də fəaliyyət göstərir.

Terapevt Günay Allahverdiyeva isə tələbələrə siqaret, narkotik vasitələr və alkoqolun fəsadları barədə məlumat verib. O vurğulayıb ki, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insan vəfat edir. Yanan siqaret 4 mindən çox müxtəlif kimyəvi birləşmə, o cümlədən, 40-dan çox kanserogen maddə istehsal edir. Siqaret ağciyər xərçəngi başda olmaqla, nəfəs yollarının xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri, düz bağırsaq, uşaqlıq, böyrək, mədəaltı vəzi, öd kisəsi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və mədə xərçəngi xəstəliklərinin əmələgəlmə riskini artırır. Əksər siqaret çəkən insanların həyatı 15-20 ilədək qısalır.

Sonda tələbələr məruzəçilərə suallar ünvanlayıb və mövzu ətrafında müzakirələr aparılıb.

 

RUS:

Студенты БГУ проинформированы о вреде табачных изделий

Состоялось мероприятие на тему «Вместе поборемся с вредными привычками», организованное Студенческой молодежной организацией (СМО) Бакинского государственного университета (БГУ).

Председатель СМО по факультету биологии Нигяр Гусейнова рассказала о вреде табачных изделий для здоровья человека. Она отметила, что вредное воздействие табака ощущается спустя годы, когда проявляется кумулятивный эффект никотина. Согласно исследованиям, те, кто бросает курить до 30 лет, живут примерно на 10 лет дольше. Зависимость от табачных изделий является медицинской и социальной проблемой. Для ее решения необходимо принять как медицинские, так и социальные меры. Для борьбы с курением необходимо пропагандировать здоровый образ жизни. В СМИ и социальных сетях необходимо демонстрировать видеоролики о вреде табачных изделий. Родители должны объяснить своим детям вред курения табака. В борьбе с табакокурением большая ответственность ложится прежде всего на органы здравоохранения. В настоящее время действуют центры по борьбе с табакокурением.

Врач-терапевт Гюнай Аллахвердиева рассказала студентам о последствиях курения, приема наркотиков и алкоголя. Она подчеркнула, что ежегодно в мире от болезней, вызванных табаком, умирает до шести миллионов человек. Горящая сигарета производит более 4000 различных химических соединений, в том числе более 40 канцерогенов. Курение увеличивает риск развития хронических заболеваний органов дыхания, включая рак легких, сердечно-сосудистые заболевания, а также рак прямой кишки, матки, почек, поджелудочной железы, желчного пузыря, пищевода, гортани, полости рта, глотки и желудка. Продолжительность жизни большинства курильщиков сокращается на 15–20 лет.

Далее студенты задали вопросы докладчикам, и состоялись дискуссии по теме.