Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Murov Az Terminal" səfərdə 'Gəncə"ni məğlub edib

Qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 18-ci tura bu gün Gəncədə baş tutan bir oyunla yekun vurulub. Söhbət Gəncədəki Olimpiya İdman Kompleksində keçirilən "Gəncə " - "Murov Az Terminal" matçından gedir. Oyun qınaq komandanın qələbəsi ilə bitib - 1:3 (15:25, 25:22, 22:25, 26:28).

Xatırladaq ki, dünən hesabat turu çərçivəsində iki oyun keçirilib. Həmin oyunlardan birində yarışların vahid lideri olan "Abşeron" klubu onun ən yaxın təqibçisi "Milli Aviasiya Akademiyası" (MAA) üzərində quru hesabla qalib gəlib - 3:0. Digər oyunda isə "Azərreyl" klubu UNEC-i eyni hesabla üstələyib - 3:0. Hər iki oyun Bakı Voleybol Mərkəzində keçirilib.

Komandaların hazırkı turnir cədvəli belədir:

Abşeron - 46 xal, MAA - 39, Azərreyl - 32, Gəncə - 24, Murov - 21, UNEC - 0.

İNTİQAM Məmmədov