Daha bir azərbaycanlı güləşçimiz Serbiyadakı Gimnaziyada qızıl medal qazanıb
Serbiyada keçirilən Gimnaziyada sərbəst güləş üzrə Azərbaycan yığması öz kolleksiyasına ikinci qızıl medalı əlavə edib.
44 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bundan əvvəl Elman İsmayılov (38 kq) qızıl, Hüseyn Rzazadə (41 kq) gümüş medal qazanıb.