Gənc cüdoçularımız Polşada 7 medal qazanıblar
5-6 aprel günlərində Polşanın Poznan şəhərində gənc cüdoçular arasında Avropa Kuboku keçirilib. İki gün davam edən turnirdə Azərbaycan cüdoçuları da tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparıblar. ACF-dən verilən məlumata görə, 23 ölkəni təmsil edən 438 idmançının iştirak etdiyi bu yarışa ölkəmiz 7 çəki dərəcəsində 12 cüdoçu ilə qatılıb. Yığmamız çıxışını 7 (3+2+2) medalla ümumi komanda hesabında ikinci yerdə başa vurub. Cüdoçularimizdan Fərid Qarayev (60 kq), Məhəmməd Musayev (66 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıb. Yalnız son həlledici final qarşılaşmasında büdrəyən Süleyman Şükürovla (81 kq) Tuncay Şamil (90 kq) ikinci olmaqla gümüş medal qazanıb.
Nihad Məmişovla (66 kq) Əbil Yusubovsa (73 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan komandası oğlanların komanda hesabında birinci yeri tutub.
İNTİQAM Məmmədov