Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da mubarizə pley-indən davam edəcək 

Kişi basketbol klublarının mubarizə apardığı ABL-da 20-ci turun oyunları ilə müntəzəm çempionatın qrup mərhələsinə (A və B) yekun vurulub və bu unla da 10-11 aprel günlərində startı veriləcək pley-in mərhələnin cütləri müəyyənləşib. 

Beləliklə, çempionatın pley-in mərhələsində aşağıdakı cütlər qarşılaşacaq:

"Sumqayıt"-"Sərhədçi";

"Gəncə"-"Lənkəran';

"Ordu"-"Quba";

"Abşeron "- NTD.

Cütün qalibləri pley-offa vəsiqə qazanacaq və mübarizəni bu mərhələyə öncədən vəsiqə qazanmış klublarla ("Sabah", "Şəki", "Neftçi", "Naxçıvan") davam etdirəcək. 

Birinci cütün qalibi"Sabah"la, ikinci "Şəki"ylə, üçüncü cütün qalibi "Neftçi" ilə, dördüncü cütün güclüsü isə "Naxçıvan"la üzləşəcək.

İNTİQAM Məmmədov