Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qızlardan ibarət U-15 millimiz Gimnaziyaya qələbəylə başlayıb

Xəbər verdiyimiz kimi Serbiyanın Zlatbor şəhərində 15 yaşlı oğlan və qızlar arasında Gimnaziyada keçirilir. Bu mötəbər yarışda Azərbaycan təmsilçiləri də iştirak ediblər. Bu gün yarışların proqramına daxil olan 3x3 basketolu üzrə yarışlara start verilib. U-15 yığmamız yarışa uğurla başlayıb. Belə ki, yer aldığı B qrupunda ilk matçını Serbiya-2 komandasına qarşı keçirən yığmamız rəqibi üzərində darmadağın hesablı qələbə qazanıb - 18:0. 

İNTİQAM Məmmədov