Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Təranə Paşayeva:

MOXO Diqqət Testinin təqdimatı uğurla baş tutdu!

04 aprel 2025-ci il tarixində “Loqos” Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığı ilə JW Marriott Absheron Baku Hotel-də baş tutan təqdimat tədbirində millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, həkimlər, psixoloqlar, məktəb direktorları və bir çox dəyərli ziyalı iştirak etdi.

Tədbiri “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayeva açıq elan etdi. Təqdimat isə Uzman Klinik Psixoloq Yücel Şavklı və Uzman Dr. Ferda Özkanoğlu tərəfindən keçirildi.

Tədbir zamanı beynəlxalq səviyyədə tətbiq edilən MOXO Diqqət Testinin elmi əsasları, praktik istifadəsi və Azərbaycanda necə tətbiq olunacağı barədə ətraflı məlumat verildi.

Qürurla bildiririk ki, Azərbaycanda MOXO Diqqət Testinin rəsmi və yeganə təmsilçisi “Loqos” Psixoloji və Nitq Mərkəzidir!

Tədbirdə iştirak edən hər bir dəyərli qonağa təşəkkürümüzü bildiririk.