Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərin Avropa çempionatı davam edir 

Bu gün daha beş təmsilçimiz mübarizəyə qatılacaq

Dünən Bratislavada idman güləşi üzrə startı verilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən ikinci günü daha beş sərbəst güləşçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılacaq. Bu beşlikdə Nurəddin Novruzov (60 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) yer alıb. Görüşlər Bakı vaxtı ilə saat 12:30-dan başlayacaq.

Xatırladaq ki, dünən mübarizəyə başlayan beşlliyimizdən isə dördü bu gün bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Bunlardan İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) birbaşa üçüncü yer uğrunda görüşə çıxacaq. Orxan Abbasov (79 kq) isə mübarizəni təsəlliverici görüşlə davam edəcək. Medal uğrunda görüşlər günün sonunda başlayacaq.

İNTİQAM Məmmədov