Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, terrorizm, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana qarşı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, ötən prosesdə 20-dən çox zərərçəkmiş ifadə verib.