Üç güləşçimiz Avropa çempionatında bürünc medallar uğrunda mübarizə aparacaq
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında üç Azərbaycan güləşçisi bürünc medal uğrunda döyüşlərdə iştirak etmək üçün döşək üzərinə çıxacaq.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.
Belə ki, Azərbaycan komandası İslam Bazərqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) ilə bürünc medal uğrunda mübarizə aparacaq.
Orxan Abasov və Əbubəkr Abakarov medalsız qalıb.
Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.