Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mirunay Abasova Serbiyada Azərbaycana qızıl qazandırıb

Serbiyadakı Gimnaziyada qılıncoynatma üzrə şpaqa yarışlarına start verilib.

Nova Varos şəhərində keçirilən turnirin ilk günündə Azərbaycan idmançıları Aydan Atakişiyeva, Mirunay Abasova və Esnat Mirzəyeva yarışa çıxıblar.

M.Abasova finala yüksəlib və onun həlledici toxunuşu Çin idmançısı ilə dueldə olub - 15:11 hesablı qələbə və qızıl medal.

Bu arada A.Atakişiyeva 1/8 finalda məğlub olub, E.Mirzəyeva isə 1/4 final mərhələsində çıxışını başa vurub.

Xatırladaq ki, Gimnaziya aprelin 12-də başa çatacaq.