Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc oğlan ticarət mərkəzində bıçaqlandı

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

APA-ya istinadən xəbər verilir ki, Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb. Hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Samir Ruslan oğlu Abbaszadə ilə ticarətçi Babayev İkram Cavanşir oğlu Babayev arasında yaranmış mübahisə zəminində baş verib.

Mübahisə zamanı Babayev İkram, Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.