Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi – MASALLIDA

 

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq “Şahin” hərbi-idman oyunlarının Masallı rayon birinciliyi keçirilib.
Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbində təşkil olunan birincilikdə rayon ümumtəhsil məktəblərini təmsil edən 13 komanda iştirak edib.
Hərbi-idman oyununda Viləş kənd tam orta məktəbinin komandası birinci, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin komandası ikinci, Bambaşı tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Qalib komanda Lənkəran şəhərində keçiriləcək zona birinciliyinə vəsiqə qazanıb.
Qeyd edək ki, hərbi-idman oyununun keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, məktəbliləri ordu sıralarına hazırlamaqdır.

 

Akif AĞAYEV