Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əkbər Qoşalı:

Kənan Hacının “Vaxt pəncərəsi” və ömür pəncərəsindən görünənlər

Kənan Hacının “Vaxt pəncərəsi” adlı yeni kitabı və əlamətdar yubileyi ilə bağlı yığışmışdıq. Çıxışlardan, çıxışlardan ötə yazılmışlardan, onlardan da ötə öz baxışlarımdan süzülən nəticələri, təəssüratları yığcam şəkildə bölüşmək istərdim.

Bəli, o, yeni nəsil yazıçı, şair-publisist və ədəbi tənqidçilərimizdəndir. Kənanın yaradıcılığı poetik düşüncə qatlarından süzülən, çağdaş dünyagörüşü ilə milli-mənəvi yaddaşı birləşdirən ilginc məqamlarla zəngindir.

Yubilyarın ömrünün hər on ilinə şərti olaraq bir bölüm ayıraq:

1. Duyum və metaforik, fəlsəfi-poetik qat

Kənan Hacının əsərlərində fraqmental düşüncə, ironiya, mətnlərarası bağlar və kulturoloji qatlar aydın görünür. O, klassik mədəniyyət kodlarını çağdaş forma ilə təqdim edir.

Onun poeziyası isə yalnız duyğusal deyil, həm də düşüncə poeziyasıdır. Fəlsəfi incələmələr, varlıq-yoxluq sualları, zaman və yaddaş kontekstində insanın yığvalı (toplamı) onun lirikasında ön plana çıxır.

2. Ədəbi tənqid və publisistikada orijinal yanaşmalar

Kənan Hacı eyni zamanda ədəbi tənqid sahəsində aktiv və məhsuldardır. O, çağdaş ədəbiyyata və klassik irsə yanaşmada yeni estetik ölçülər təqdim etməyə çalışır, mətnə fərdi və külturoloji baxış bucağından yanaşır. Bu isə, şübhəsiz, önəmli və öncül yanaşmadır.

3. Bədii dilin təzələnməsi təşəbbüsləri

Onun üslubunda poetik sintaksis, yeni metaforlar, bəzən aforizmləşmiş cümlələr və qeyri-standart ifadə tərzi qabarır. Bu, Azərbaycan ədəbiyyatında dilin poetik imkanlarının genişləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Kənan Hacı bu təşəbbüsləri, necə deyərlər, təşəbbüsdən və iddiadan çıxarıb fakta çevirə bilib.

4. Milli kimlik və qlobal baxışın vəhdəti

Onun yazılarında, özəlliklə esselərində və publisistikasında milli kimlik qlobal kontekstlə səsləşir. O, Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstində təqdim etməyə çalışır.

Kənan qələm-kağız qardaşlığı ilə Azərbaycan və dünya mədəniyyətləri arasında mənəvi-mədəni körpü yaratmaq və mövcud körpüləri möhkəmləndirmək istəyir. Örnəyi, Batı çağdaşlığına və Doğu fəlsəfəsinə paralel baxışlar təqdim edir.

5. Yaddaş və zaman anlayışına özəl diqqət

Kənan Hacının yaradıcılığında “yaddaş” fenomeni çox önəmli yer (yalnız yer deyil, həm də göy) tutur… Tarixi hadisələr, şəxsiyyətlər və mədəniyyət yaddaşı onun əsərlərində estetik dəyərə çevrilir.

Onun kitablarından birinin “Yaddaş kartı” adlanması da təsadüf sayılmaz.

Deyə bilərəm ki, doğma Abşeron torpağının ruhi-mənəvi energetikası Kənanın şəxsiyyətinə və yaradıcılığına hopub.

Əziz dost, qardaş və qonşumun yeni kitabı və əlamətdar yubileyi bir daha qutlu olsun!

Ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, yubiley-təqdimat törəninin təşkilatçısı Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB), ev yiyəsi Gəncliyə Yardım Fonduna (GYF) bayraq ucalığı, bütün qatılımçılara iş avandlığı diləyirəm!

Əkbər QOŞALI

* * *

Etibar Yaqubov Muradxanlı

Təbrik Edirəm, təəssüf ki, iştirak etmək imkanım olmadı

Закир Агдамли

DƏYƏRLİ QƏLƏM DOSTUM

KƏNAN HACINI

TƏBRİK EDİR,

UGURLAR DİLƏYİRƏM!

Kanan Hacı

Ekber Qoşalı, əziz abim! Bu analitik yazıya görə sənə xüsusi təşəkkürümü bildirirəm! Hər şey üçün çox sağ ol! Bağrıma basıram!

Oktay Hacimusali Musayev

ezizim Kanan Hacı iştirak etmeyi çox istesem de müeyyen sebeblerden iştirak ede bilmedim üzrümü qebul ele lütfen

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.