Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rafiq ODAY: 

QƏZƏL

Hər kim ki, gülüm, bülbülü-şeydanı sevirsə,

Dar olmaz onun eşqdə meydanı, sevirsə.

 

Eşq atəşi hər aşiqi kül olmağa səslər,

Qıymazmı canı bir cana bir canı sevirsə?!

 

Eşq əhli haçan gövhəri sahildə bulub ki,

Dalsın da dərin dəryaya mərcanı sevirsə.

 

Eşq taxtı onun baxtına nur saçmış, o, taxtın,

Xoş halına kim ol Şahi-mərdanı sevirsə.

 

Hər sorğu-sual baqidə yəvmid-dinə bağlı,

Tapmaz ki nicat “din günü” – şeytanı sevirsə.

 

Dərviş Odayam, baqini faniyə dəyişməm,

Çox şey itirər kim ki, bu dünyanı sevirsə.

04.04.2025

* * *

Xaqani Abbasali

Əhsən ustad...bəli

Çox şey itirər kim ki,bu dünyanı sevirsə

Ürəyinə sağlıq...

Azer Saleh

Super...şeytanı sevən din günü nicat tapma

Azer Saleh

Giribsə kimsənin qəlbinə Yaradan eşqi,

Görməz gözü kimsəni, O Rəhmanı sevirsə

Али Наджафханли

Var ol, şair! Səndə əruz gözəl və Vahidanə alınır.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.