Çempionata vahid liderlik edən ölkə çempionu flaqmanla qarşılaşacaq
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 19-cu turun oyunları keçiriləcək. Turda keçirilməsi nəzərdə tutulan üç oyundan biri UNEC-in idman zalında, ikisi isə Bakı Voleybol Mərkəzində baş tutacaq. UNEC-in zalında eyniadlı klubla "Gəncə" üzləşəcək (saat 14:00).
Bakı Voleybol Mərkəzində isə əvvəlcə ölkə çempionu adını daşıyan və hazırda çempionata vahid liderlik edən "Abşeron" klubu ölkə voleybolunun flaqmanı sayılan "Azərreyl"lə münasibətləri ayırd etməyə çalışacaq (saat 16:00).
Saat 18:00-da isə eyni məkanda "Murov Az Terminal" "Milli Aviasiya Akademiyası" ilə üzləşəcək.
Hazırda turnir cədvəlində vəziyyət belədir:
Abşeron - 46 xal, MAA - 39, Azərreyl - 32, Gəncə - 24, Murov Az Terminal - 21, UNEC - 0 xal.
İNTİQAM Məmmədov