Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Firəngiz Sabir qızı:

..."Sən günəşə bənzəyirsən "necə də...

Mənə hörmət edən,məni şair kimi sevən bir xanım qonağım idi,gecə yay eyvanımızda durub göyə baxırdıq.

Ay- ulduzla bərq vuran göylərə baxıb,sənin evin göylərə daha yaxın,ulduzlara daha əl çatandır, dedi qadın..

Bu şeri Pıçıldadım....)))

Əl uzatsan dəyər göyə əllərin,

Sığal çəkər barmağların aya da.

Ovuc- Ovuc toparlayıb zər kimi,

Ulduzları asar dən- dən havada.

 

Saçlarını külək sığalldıqca,

Gözlərini qapayarsan gecəyə.

Yanağların nurun alıb sevgidən,...

..."Sən günəşə bənzəyirsən "necə də...

 

Qollarını geniş açıb quş kimi,

Uçacaqsan sanki üzü Allaha.

Sən göylərə məndən daha yaxınsan,

Qısqanıram düzü səni Allaha.

 

Oxa bənzər kirpiyində titrəyiş,

Qaşlarında sakit sular baxırdı.

Köksün dərin dərya kimi endikcə,

Sual ,sual arxasınca axırdı...

 

Dodağında xəfif təbəssüm gəzər,

Parıldayar dişlərin dənə-dənə.

Bu gecənin sükutunu dişləyib,

Pıçıldadım," yenə gələrsən...yenə"....

2.01.2023

* * *

Fəridə Köçərli

Romantika.

İlhamınız rəvan olsun

Narıngül Nadir

Çox gözəl şeirdir. Mənalı, lirik, lakonik.

Səyyad Sərraf

Təbinə min alqış, şair!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.