Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı: İdmançımız yarımfinala yüksəlib
Güləş üzrə Avropa çempionatı davam edir.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın üçüncü günündə qadınların mübarizəsinə start verilib.
Azərbaycan yığmasından iki idmançı döşək üzərinə çıxıb. Onlardan biri yarımfinala yüksəlib.
Sərbəst güləşçilərin çıxışlarına da bu gün yekun vurulacaq. Azərbaycanın iki güləşçisi finalda, biri isə bürünc uğrunda mübarizədə qüvvəsini sınayacaq.
Çempionatın ilk iki günündə güləşçilərimiz üç bürünc medal qazanıb.