Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hansı insanlar saxta xəbərlərə daha çox inanır?

Britaniya Kolumbiyası Universitetinin alimləri müəyyən ediblər ki, Z nəslinin nümayəndələri köhnə internet istifadəçilərinə nisbətən saxta xəbərlərə daha çox inanırlar.

Tədqiqat xüsusi alətdən - psixoloqlar tərəfindən hazırlanmış və internetdə mövcud olan Dezinformasiyaya Həssaslıq Testi (MIST) vasitəsilə aparılıb. İştirakçılardan təqdim olunan başlıqlardan hansının doğru, hansının yalan olduğunu mühakimə etmələri istənilib. Nümunələr arasında həm real, həm də saxta başlıqlar var: “Hökumət 11 sentyabr hücumlarında iştirakını diqqətlə gizlədir”, “ABŞ-ın əsas qəzetlərinin təxminən dörddə biri 2018-ci ildə işçilərini ixtisar edib”.

Nəticələr faktiki bacarıqlarla onlara inam arasında uçurum göstərdi. Bir çox iştirakçı həqiqəti yalandan ayırmaq qabiliyyətini həddindən artıq qiymətləndirdi. Alimlərin təəccübünə səbəb, Z nəsli digər yaş qruplarından orta hesabla daha pis çıxış etdi.

Daha mühafizəkar baxışları olan insanlar da saxta xəbərlərə daha çox inanırdılar. İfrat sağ fikirlərə sahib olanlar dezinformasiyaya xüsusilə həssas idilər. Eyni zamanda, onlar ümumilikdə öz qabiliyyətlərini adekvat qiymətləndirirdilər ki, bunu daha radikal mövqe tutanlar haqqında demək olmazdı.

Bundan əlavə, qadınların dezinformasiyaya kişilərə nisbətən daha çox düşdüyü, lakin öz bacarıq səviyyələrindən daha çox xəbərdar olduğu ortaya çıxdı. Təhsil də mühüm rol oynadı: ali təhsilli iştirakçılar digərlərindən daha yaxşı çıxış etdilər, lakin öz qabiliyyətlərini həddən artıq qiymətləndirməyə meyl etdilər.