Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vaqif Bəhmənli:

Yoxluğun şəkli

Səndən, məndən özgə, de, kim bilər, dost,

nələri andırır şəkilin mənə?!

Guya, günahkardı qərinələr, dost;

Zaman müttəhimdi, vəkili mənəm?..

 

Can koğuş balıdı, arısı çoxdu,

Qismət gizlin şəkil, düyümlü dükçə.

Bəlkə buna görə şəkilin yoxdu

mənimlə... kollektiv, nə də ki təkcə?

 

Əriyib dönmüşük suya səninlə,

Bəs nədən nəm şəkil bu həddə yanıb?

Şəkil çəkdirmədim heç vaxt səninlə

Onçun da böyrümdə... həsrət dayanıb!

 

Eşqin tənhalıqdan başqa adı yox,

Şəkiləm, əlimdə solmuş çiçəksən.

Qoşa şəklimiz yox, tənha şəklin çox,

Necə ki dünyada sən özün təksən!

 

Dörd cəhət çərçivə, bizsə yersizik

Öndən baxmalıydıq sonumuz yoxdu.

Şəkildə düşməyə məkan gəzirik,

Dünya darmadağın... fonumuz yoxdu.

 

Firqət sərgisinə cüt gedək, təkmi? –

Bəlkə, sol qoluma girəsən orda,

Hansı salondadı yoxluğun şəkli,

Giriş sərbəstdirmi görəsən orda?

2024

* * *

Isa Qasimov

İnsan o vaxt xoşbəxt olur ki,

ötən illərdən xatırlamalı bir şey

olsun.

Zabil Perviz

Bu oğlan həmin oğlandı, əlli il əvvəlki!

Алигусейн Шукюров

Şeir belə olur... Əhsən əllərinizə, ürəyinizə Vaqif müəllim!!!

Алигусейн Шукюров

V. Bəhmənlinin 15 cildliyinin ikinci cildində də buna bəzər həsrət şeiri çox - çox güclüdür... Bilən olsa yazsın, qoy bəlkə əzbərləyən oldu. Çox təbii şeirdir...

Алигусейн Шукюров

Köhnə foto Qırx ilin fotosu...küncündə ləkə... Nələr xatırlamır şəkulin mənə?Pir olmuş ayrılıq hal tutub bəlkə, yaxası iynəylə tikili mənəm?!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.