Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Vaqon dostluğu

(esse)

Dostlar, Amerikada rastlaşdığım bir olay yadıma düşdü, bölüşmək istəyirəm.

Qərbdə, həmçinin ABŞ-da insanlar adətən böyük şəhərlərdə işləyir, şəhərətrafında yaşayırlar. Pullar böyük şəhərlərdə, təmiz ekologiya, sakitlik şəhər ətrafında yerləşən yaşayış məntəqələrində olur. Işə getmək üçün şəhər ətrafından mərkəzi şəhərlərə qatarlar işləyir. Qərbdə işə getmək üçün bir-iki saatlıq yol adi sayılır.

Mən də belə qatarla bir müddət ABŞ-ın ilk paytaxtı olmuş Filadelfiya şəhərinin ətrafından şəhərin özünə gedib-gəlməli olmuşam. Mənə qəribə gələn bir hadisəni amerikalı dostumdan soruşdum. Qatarda olanda fikir verdim ki, oturduğum vaqona hər dayanacaqda minənlər, artıq vaqonda olanlarla çox mehriban görüşürlər.

Amerikalı dostum bunu mənə belə izah elədi. Demə, hər gün demək olar ki, eyni insanlar , eyni vaqona minib işə gedirlər. Bu illərlə davam etdiyindən tədricən bu insanlar bir- biriylə tanişb olub dostlaşırlar.

Bu elə vaqon dostluğu da adlanır.

Bu insanlar bir- biri haqqında hər şeyi bilirlər; uşaqlarının ad günündən tutmuş

hobbilərinə qədər. Amma bu dostluq heç

vaxt vaqondan qırağa çıxmır. Bu insanlar heç vaxt biri- birinə qonaq getmirlər. Bu qədər mehriban görünən insanlar qatardan düşən kimi bir- birilərini yaddan çıxarırlar, sabah yenidən vaqonda görüşənə kimi.

Bu hadisə yadıma ona görə düşdü ki, bizim feysbuk dostluğumuz danışdığım "vaqon dostluğuna" çox bənzəyir.

Mənimlə bir " vaqonda" olan FB dostlarıma hörmətimi bildirirəm.

Bu "vaqondan" qıraqda görüşə bilməyəcəyim dostlarıma da hər cür uğurlar diləyirəm.Amma istiqanlı bir azərbaycanlı kimi görüşəcəyimizə də ümidliyəm.

Hümbət Həsənoğlu