Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Alyona Kolesnik finaldan kənarda qalıb 

Slovakiyanın paytaxtı Bratislavada kişi və qadınlar arasında keçirilən idman güləşi üzrə Avropa çempionatı davam edir. Bu gün çempionatda xanım güləşçilər mübarizəyə başlayıblar. Azərbaycan qadın millisinin isə iki üzvü döşək üzərinə çıxıb. Bunlarda biri - 2023-cu ilin qitə çempionu Alena Kolesnik (59 kq) daha yaxşı çıxış edərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, təmsilçimiz bu mərhələdə Türkiyə idmançısı Bediha Günlə qarşılaşıb. Görüş rəqibin qələbəsi (0:3) ilə bitincə Kolesnik finaldan kənarda qalıb. O, sabah birbaşa bürünc medal uğrunda görüşə çıxacaq. Yeri gəlmişkən, bu gün mübarizəyə qatılan digər qadın təmsilçimiz - gənclər arasında Avro-2025-in qalibi adını daşıyan Elnurə Məmmədova (55 kq) isə startdaca uduzaraq mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, bu gün daha üç sərbəst güləşçimiz medal görüşünə çıxacaq. Onlardan ikisi - Osman Nurmaqomedov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) finalda güləşəcək. Daha bir təmsilçimiz - Ağanəzər Novruzov (74 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, dünən sərbəst güləşçilərimizdən üçü bürünc medal qazanıb.

İNTİQAM Məmmədov