Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız İtaliyada keçiriləcək Avropa kubokunu fəth etməyə hazırdırlar

Azərbaycanın gənc cüdoçuları İtaliyanın Lignano şəhərində keçiriləcək Avropa kubokunda iştirak edəcəklər.

Yarışda ölkəmizi beş çəki dərəcəsində yeddi idmançı təmsil edəcək.

Komandada Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədaşova (52 kq), Gülnarə Bayramova və Vüsalə Hacıyeva (hər ikisi 57 kq), Nilgün Rzayeva və Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) yer alıblar.

Gənc idmançıları qadınlardan ibarət milli komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmələrdən ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov müşayiət edəcək.

29 ölkədən 534 idmançının iştirak edəcəyi Avropa Kuboku aprelin 12-13-də keçiriləcək.