UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
“Tottenhem” doğma meydanda Almaniyanın “Ayntraxt Frankfurt” klubunu qəbul edəcək.
"Mançester Yunayted" səfərdə "Lion"la qarşılaşacaq. Digər oyunlarda “Latsio” Norveçdə “Bodo-Qlimt”lə, “Atletik” isə “Reyncers”lə qarşılaşacaq.
UEFA Avropa Liqası
1/4 final, ilk matçlar
10 aprel
20:45. Bodo-Qlimt (Norveç) – Latsio (İtaliya)
23:00. “Tottenhem” (İngiltərə) – “Ayntraxt Frankfurt” (Almaniya)
23:00. "Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya)
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 17-də baş tutacaq.