Giorgi Meşvildişvili Avropa çempionu olub
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionudur
Slovakiyanın paytaxtı Bratislavada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatında sərbəst güləşçilərin yarışı başa çatıb. Qeyd edək ki, sərbəst güləşçilərin son yarış günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, çempionatın ikinci günündə üç bürünc medal qazanan yiqmamiz aprelin 9-na təsadüf edən üçüncü gündə isə daha bir dəst (1-1-1) medal qazanaraq aktivindəki medalların sayını 6-ya, xalların sayını isə 117-yə çatdırmaqla komanda hesabında birinci yeri tutub və Avropa çempionu adını qazanıb.
Son gün qazanılan medallara gəlincə, ən maraqlısı 125 kq çəki dərəcəsində çıxış edən Giorgi Meşvildişvilinin son saniyədə qazandığı qızıl medal olub. Yığmamızın gürcüstanlı legioneri çempionluq uğrunda görüşdə Gürcüstan təmsilçisi Soloman Maniasvili ilə qarşılaşıb. Görüşün son saniyəsinə qədər 3:7 hesabla geridə qalan təmsilçimiz gözlənilmədən 4 xalliq fənd işlədərək hesabı bərabərləşdirib - 7:7. Burada son qazanılan xal prinsipinə əsasən Azərbaycan güləşçi çempion elan edilib. Məhz bu qızıl medal sayəsində Azərbaycan komanda hesabında Gürcüstanı qabaqlamaqla Avropanın birincisi olub.
Son günün əldə edilən gümüş medalı yalnız finalda büdrəyən Osman Nurmaqomedovun (92 kq) payına düşüb. O həlledici finalda yunanistanli Dauren Kuruqluyevlə görüşdə uduzub - 4:5. Günün bürünc medalını isə Aqanəzər Novruzov (74 kq) qazanıb. Yarışların ikinci günü qazanılan bürünclər isə İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətovun (70 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)