Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Jalə Əliyeva Avropa-2025-in yarımfinalinda

Slovakiyanin paytaxtı Bratislavada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən dördüncü günü daha iki qadın güləşçimiz mübarizəyə qatılıb. Cütlüyümüzdən biri - Jalə Əliyeva (57 kq) artıq çempionatın yarımfinalına yüksəlib. Qeyd edək ki, mübarizəyə 1/4 finaldan qatılan Jalə bu mərhələdə polşalı Maqdalena Qoldeli "tuş"la məğlub edib. Yarımfinalda isə o, türkiyəli Elvira Kamaloqlu ilə güləşəcək.

Bu gün mübarizəyə qatılan digər təmsilçilmiz - 62 kq çəki dərəcəsində güləşən Ruzanna Məmmədova isə 1/8 finalda üzləşdiyi almaniyalı Luisa Niemesə uduzaraq, mübarizəni erkən dayandırıb.

Bu gün daha bir qadın güləşçimiz - Avro-2024-un qalibi adını daşıyan Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib italiyalı Avropa Russo olacaq.

Xatırladaq ki, dünən sərbəst güləş üzrə yarışlara yekun vurulub. Azərbaycan millisi qazandığı 6(1-1-4) medal və topladığı 119 xalla komanda hesabında birinci yeri tutub.

İNTİQAM Məmmədov