Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sabah Avro-2025-də klassiklər mübarizəyə qatılacaqlar 

Bratislavada (Slovakiya) böyüklər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatında sabah yunan-Romaçıların yarışı başlayacaq. Yarışın ilk günü çəkisi 55, 63, 77, 87 və 130 kq olan pəhləvanlar döşək üzərinə çıxacaqlar. 

55 kq-da Eldəniz Əzizli birinci mərhələni güləşmədən sərbəst keçəcək.

63 kq-da çıxış edən Murad Məmmədov startda Yusta Petrovicyusla (Litva);

77 kq-da Ülvi Qənizadə ilk mərhələdə Levente Levai (Macarıstan) ilə;

87 kq çəkidə İslam Abbasov Şimon Şimonoviclə (Polşa);

140 kq-da isə Beka Kandelaki startda ukraynalı Mixaylo Vişnevetskiylə güləşəcək.

İNTİQAM Məmmədov