Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa çempionatında qalib gələrək Bakıya qayıdır
Komanda hesabında Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə Azərbaycan yığması Bratislavadan Bakıya qayıdıb.
Güləşçilərin olduğu təyyarə cümə axşamı axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Güləşçiləri hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, yaxınları və dostları qarşılayıblar.
Qeyd edək ki, komanda Slovakiyada keçirilən Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Azərbaycan güləşçiləri 119 xal toplayaraq komanda hesabında birinci yeri tutmuşlar.