Bakıda boks üzrə beynəlxalq turnirə start veriləcək
Aprelin 11-də Bakıda boks üzrə qadınlar və kişilər arasında “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək.
Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışlarda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan komandaları iştirak edəcək.
200-dən çox boksçu 25 dəst medal uğrunda mübarizə aparacaq. Turnirin qalibləri aprelin 15-də açıqlanacaq.
Azərbaycanı kişilərin yarışında 45, qadınların yarışında isə 11 boksçu təmsil edəcək.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.