Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Beynəlxalq diqqəti cəlb edən tanınmış Koreyalı diriijor Jong-hun Bae, ilk dəfə olaraq bizim səhnədə çıxış edəcək. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Maestronun təfsirində səslənəcək Azərbaycan və rus bəstəkarlarının yaratdığı qiymətli əsərlər dinləyici qəlbini vəcdə gətirəcək. Qeyd etməliyik ki, yüksək musiqi mədəniyyətinə xas olan Jong-hun Bae təkcə öz vətənində deyil, Asiya, Avropa və Şimali Amerikanın aparıcı orkestrləri, o cümlədən Tokio Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri, Leypsiq Simfonik Orkestri, "Mixail Jora" adına Filarmoniyanın Simfonik Orkestri ilə dünyanın ən yaxşı səhnələrində çıxışlar edərək böyük dirijorluq məharəti təqdim etmişdir. 6 fevral tarixində baş tutacaq bu konserti qaçırmayın.

AZpress.AZ,Minə Türksoy.