Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı UGİŞM “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsinin qalibidir

 

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının şahmat idman növü üzrə regional mərhələsinə start verilib.
Aprelin 11-də Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Lənkəran-Astara regionu üzrə zona yarışları keçirilib.
Komanda yarışı formatında təşkil olunan olimpiadanın zona mərhələsində Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri bütün rəqiblərinə, o cümlədən Lerik və Cəlilabad komandalarına 5:0, Astara və Lənkəran komandalarına isə 3:2 hesabı ilə qalib gəliblər.  
Regional mərhələnin qalibi olan Masallı UGİŞM komandası may ayında paytaxt Bakı şəhərində keçiriləcək  olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Masallı UGİŞM şahmat bölməsinin baş məşqçi-müəllimi Kamal Hüseynovu, komandanın heyət üzvləri Rza Ağakişiyevi, Miryusif Sadıqzadəni, Hüseyn Feyzullayevi, Lalə Məmmədovanı və Ayşən Şahmarovanı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edir, zəka sahiblərinə olimpiadanın final mərhələsində uğurlar arzulayırıq. 

 

Akif AĞAYEV