Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satmayıblar
Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam edən prosesdə zərərçəkmiş Zemfira Abbasova ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb.
Xankəndi şəhərində yaşayan Z.Abbasova bildirib ki, “Miatsum hərəkatı”nın başlaması ilə azərbaycanlılar evlərini tərk edə bilmirlər.
“Ermənilər üçün çox yaxşı şərait yaradılsa da, onlara lazım olan hər şeylə təmin olunsa da, biz alçaldılmış, təzyiqlərə məruz qalmışıq, evimizə soxularaq evlərimizi qarət edir, dağıdıb, dağıdıb, xaç şəklinə salırdılar, çölə çıxa bilmirdik, daş atırdılar. Burada türklərə yer yoxdur, getməlidirlər, türklər məhv edilməlidir deyirdilər, ermənilər evlərimizə köçsünlər”.
Xatırladaq ki, sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər törətmək, işğalçılıq müharibəsi hazırlamaq və aparmaq, soyqırımı, müharibə qanunlarını və adətlərini pozmaq, habelə terrorizmi maliyyələşdirmək, hakimiyyəti zorakılıqla ələ keçirmə və saxlama və çoxsaylı digər cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.